İcra başçısı Bərdəni yağmalamağa başlayıb

Vidadi Isayev rayondakı obyektləri yerlə yeksan etdirir

Bərdənin yeni icra başçısı Vidadi Isayev rayonda söküntü işlərinə start verib. Bərdədən daxil olan məlumatlara görə, icra başçısı qısa müddət ərzində rayonda onlarla ticarət obeyktini yerlə-yeksan edib.
Vidadi Isayev bu addımını həmin obyektlərin qanunsuz tikilməsi ilə əsaslandırıb. Əslində isə obyektlərin sənədləri qaydasındadır. Sadəcə olaraq icra başçısı sələfinin alqı-satqı əməliyyatlarını yeniləmək istəyir. Yəni, sökülən obyektlərin əraziləri yenidən kimlərəsə satılacaq. Beləliklə də Vidadi Isayev vətəndaşların mülkiyyət hüququna təcavüz etməklə şəxsi kapitalını artırmağa çalışır. Məlumatlarda deyilir ki, icra başçısını bu əməlləri rayonda ciddi narazılıq yaradıb. Əgər Vidadi Isayev qanunsuz söküntü işlərini davam etdirsə, Bərdə üsyan baş verə bilər.
Vidadi Isayev bundan əvvəl Tərtərin icra başçısı olub. Ilham Əliyevin “antikoorrupsiya şousu” çərçivəsində həyata keçirdiyi “islahatlar”ın nəticəsi olaraq Bərdəyə icra başçısı təyin edilib. Gəncənin icra başçısı Elmar Vəliyevlə bir sinifdə oxuyan Viadid Isayev Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qruplaşmasına daxildir. Onun milliyyətcə kürd olduğu bildirilir.