aliyev-yeni-azerb-qazet

İlham Əliyevə “Yeni Azərbaycan” xəyanəti

YAP-ın sədri “sivil mübarizə” desə də, qəzeti əxlaqsılığı tirajlayır…

 

Siyasi proseslər gərginləşdikcə hakimiyyət düşərgəsində isterika artmağa başlayır. Təbii ki, bu daha çox müxalifət düşərgəsinə qarşı özünü göstərir. Dünyanın bütün mədəni ölkələrində hakimiyyət və müxalifət arasında polemikalar olur. Amma yalnız avtoritarizmdən can qurtara bilməyən üçüncü dünya ölkələrində hələ də siyasi mübarizə siyasətçilərin şəxsiyyəti davasına çevrilir. Azərbaycanda da siyasi təşəbbüsləri öz əlində saxlamağa və yönləndirməyə cəhd edən Əliyevlər hakimiyyəti növbəti dəfə mübarizəni qeyri-etik müstəviyə çəkir. Ağlı olan heç kəsə sirr deyil ki, bu cəhd hakimiyyət düşərgəsinin xalqa deməyə sözünün olmamsından, ağıllı və inandırıcı arqumentlərinin, ortaya çıxarılası bir normal icraatın tapılmamasından qaynaqlanır. Siyasi rəqibə deməyə söz tapmayanda təhqirə keçmək yalnız kürsünü bütün dəyərlərdən üstün tutan siyasilər üçün keçərlidir. Amma biz yenə də o fikridəyik ki, hətta hakimiyyətlə normal dialoq imkanları olmasa da, heç kim maraqlı olmamalıdır ki, siyasətdə tərbiyə böhranı yenidən “boy versin”. Bu, heç kimə şərəf gətirən bir iş deyil. Siyasi elitaların mübarizəsi cəmiyyətin digər təbəqələrinə rəqabət mədəniyyəti təlqin etmək yerinə bütün mənalarda arzuolunmazlığı cəmiyyətə sırımamalıdır.

Partiyalarının sayını itirənlərin bioqrafiyası

Əli Əhmədovun AMİP-də olarkən Heydər Əliyevə qarşı ən sərt bəyanatları yazdığını yəqin ki, təkcə onun özü unudub. Mübariz Qurbanlı partiyaları daha sürətlə dəyişdiyinə görə bu olayalrın tam şahidi ola bilməyib.AXC, AMİP, ADİP, hətta YAP-dan qabaq da Babək Hüseynoğlu ilə yaratdığı adsız bir partiya onun zəngin bioqrafiaysında təkrarsız ştrixlərdir. Buna görə Qurbanlının özü də bu bacarığı ilə siyasi tariximizdə təkrarsız biridir. Indi düşünün, bütün bunları yaşamış adamların rəhbərlik etdiyi bir qəzet Əli Kərimlinin bioqrafiyasında səhv axtarır.
Əli Kərimli Əbülfəz Elçibəyin yüksək etimadını dövlət katibi təyin olunarkən qazandı. Sonradan da AXC və AXCP sədrinin birinci müvini olmaqla. Partiyaının sıravi üzlüyündən sədri vəzifəsinə kimi yüksələn bir şəxs haqqında təşkilatlar dəyişməkdə rekord vuranların deməyə sözü ola bilərmi? Olmamalıdır, ama deyirlərsə, onlara da bir əhsən düşür bu məharətə görə…
Əli Kərimli, hələ 2005-ci ildə deyib ki, bu hakimiyyəti dəyişəcək, xalqın hakimiyyətini quracaq. Ona görə də hakimiyyətin əsəbləri anlaşılandır.

Siyasi kimlik və məqsəd…

İsa Qəmbər haqqında isə yazılıb ki, onun siyasi kimliyi məqsədlərini üzə çıxarır. İsa Qəmbər Müsavat başqanıdır. Onun məqsədi demokratiya və azadlıqları bərpa etməkdir. Məgər, bunu gizləyir ki? Amma “Yeni Azərbaycan” adı altında köhnə kommunistlərin yaratdığı partiya təbii ki, məqsədlərini gizləyəcək. Amma necə deyərlər, yalanın ömrü qırx gün gedər. Xalq artıq hər şeyi bilir.

Seymur Həzi