“Milan” və “Valensiya” yarı yolda qaldı

Martın 9-u UEFA Çempionlar Liqasının 1/8 finalında iki cavab görüşü keçirilib. İngiltərənin “Tottenhem” və İtaliyanın “Milan” komandalarının Londonda keçirilən oyununda hesab açılamayıb. Səfərdə rəqibini 1:0 hesabı ilə yenmiş ingilislər dörddəbir finala adlayıblar.
Almaniyanın “Şalke 04” komandası da növbəti mərhələyə çıxıb. Bu komanda evdə İspaniya “Valensiya”sından üstün olub – 3:1. İlk oyunda 1:1 hesabı qeydə alınmışdı.