Yunanıstandan şok iddia: Qəzzafi Misirə qaçıb

Liviya diktatoru Müəmmər Qəzzafinin Misirə qaçdığı xəbəri yayılıb. Reuters agentliyinin yaydığı xəbərdə deyilir ki, Yunanıstan rəsmiləri Liviyaya məxsus bir təyyarənin Yunanıstan hava sahəsindən keçərək Misirə getdyini bildiriblər. Lakn rəsmilər təyayrənin Qəzzafiyə məxsus olub-olmadığı barədə məlumat verməyiblər. Yunanıstan mətbuatı isə təyyarənin məhz Qəzzafini apardığını xəbər verib.