Əl-Cəzirə müxbirləri Azərbaycana gəlib

Məlumata görə, aksiya və nümayişləri lentə almaq üzrə dünayada tanınan məşhur kanalın çəkiliş heyəti, artıq paytaxt Bakı şəhərindədir

Tunislə başlayan Misirlə davam edən və nəhayət dünya ölkələrinə sıçrayan üsyanlar artıq ölkəmizə də çatmaq üzrədir. Mart ayının 11-i, 12-i və başqa günlərində keçirilməsi gözlənən aksiya və nümayişlər, həm qonşu ölkələrimiz, həm də dünya ölkələrində maraqla izlənilir. FaktXeber.com-un “Qaynar Xətt”inə daxil olan məlumata görə, bir neçə gündən sonra ölkədə keçiriləcək ardıcıl aksiyaları lentə almaq üçün məşhur “Əl-Cəzirə” kanalının xüsusi heyəti də Azərbaycana gəlib. Bu barədə AZAL-a yaxın mənbədən məlumat daxil olub. Məlumata görə, aksiya və nümayişləri lentə almaq üzrə dünayada xüsusi bacarığı ilə tanınan məşhur kanalın çəkiliş heyəti, artıq paytaxt Bakı şəhərindədir.

Qeyd edək ki, “Əl-Cəzirə” müxbirlərinin sayları və adları barədə məlumat verilməsə də, paytaxta gəlmələri baş verəcək mitinqlərlə əlaqədar olduğu şübhəsizdir.