Bayden Rusiya müxəlifətilə görüşəcək

Vitse prezidentin MDU-dəki çıxışı Ağ evdə canlı yayımlanacaq

 

Avropa turnesinə çıxan ABŞ-ın vitse-prezidenti Co Bayden bu gün Rusiyada olacaq. O, Rusiya rəhbərliyilə yanaşı, ölkə müxalifətinin təmsilçilərilə də görüşəcək.
Bayden Rusiya müxalifətçilərilə görüşdən sonra Moskva Dövlət Universitetində (MDU) ABŞ-Rusiya münasibətlərinin gələcək inkişafı və prioritetləri haqda çıxış edəcək. Vitse-prezidentin çıxışı Ağ evdə canlı yayımlanacaq.

 

İnformasiya şöbəsi