Misirin sabiq prezidenti Hüsnü Mübarək həbs olunub. Bu barədə İranın “atinyuz.com” saytı Misir hərbi rəhbərliyindəki şəxslərdən birinə istinadən məlumat yayıb.
Məlumata görə, Hüsnü Mübarək ailəsi ilə birlikdə xüsusi təyyarədə Şarm-əl-Şeyxdən Səudiyyə Ərəbistanına getməyə cəhd göstərərkən həbs edilib (lent.az).
Xatırladaq ki, Misirin baş prokuroru ötən gün Hüsnü Mübarəkin ölkədən çıxmasını qadağan edən sanksiya vermişdi.

Mübarəkin həbsi xəbəri yayıldı
•