Mübarəkin Misirdən çıxışı qadağan olundu

Devrilmiş liderin ailə mülkiyyəti həbs edildi

 

Misir Prokurorluğu dünən sabiq prezident Hüsnü Mübarəkin və onun ailə üzvlərinin ölkəni tərk etməsini qadağan edib. Bundan əlavə, Mübarəkin, onun həyat yoldaşı Syuzannanın, oğulları Əli və Camalın mülkiyyətinə də həbs cəzası qoyulub.
Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, bu qərar Mübarək ailəsinə aid bank hesablarına, qiymətli kağızlara, şirkətlərin səhmlərinə şamil olunur.
Qeyd edək ki, Misirin devrilmiş lideri Hüsnü Mübarək və onun ailəsi hazırda Şarm-əl-Şeyx şəhərindəki iqamətgahındadır.

 

İnformasiya şöbəsi