AXCP sədri Əli Kərimli martın 1-də ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqorieviçlə görüşüb. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olunub. Bundan başqa MDİ-nin Azərbaycanda həyata keçirdiyi proqramlar, o cümlədən Gənc Liderlər proqramının gedişi ətrafında fikir mübadiləsi aparılıb.