“Korrupsiya yuxarıda oturanlarla bağlı məsələdir”

Firudin Səməndərov: «Mən pul yığan olsaydım, belə dilənçi vəziyyətində yaşamazdım»

 

BDU-da vəzifəsindən kənarlaşdırılanlar və ciddi xəbərdarlıq alanlar var. Vəzifədən kənarlaşdırılanlar sırasında Hüquq fakültəsinin dekanı professor Firudin Səməndərov da var.
Səməndərov “Azadlıq” radiosuna açıqlamasında korrupsiyaya görə cəzalandırılması barədə səslənən fikirlərə belə münasibət bildirib: “Əlbəttə, məni belə şeylərdə ittiham eləmək mümkün deyil.
Axı mən kimə nə etmişəm ki? Mən ömrüm boyu müqəddəs pedaqoq olmuşam. Mən tərbiyəçi pedaqoq olmuşam. Mən rüşvətxor olmamışam. Heç vaxt mənim boğazımdan rüşvət keçməyib. Nəinki boğazımdan, heç xəyalımdan keçməyib rüşvət. Üzr istəyirəm, mən pul yığan olsaydım, belə dilənçi vəziyyətində yaşamazdım. Nə isə… Mənəvi cəhətdən çox ağrılı bir şeydir. Mənə yaraşmaz ki, qalxam universitetin üstündən özümü atam öldürəm. Mənə yaraşmaz bu. Çox xətrimə dəyildi. Universitetin rəhbərliyi də xətrimə dəydi. Axı məni tanıyırlar bunlar. Nə isə…”
O ki qaldı baş verənlərin BDU-da aparılan islahatların tərkib hissəsi kimi qiymətləndirilməsinə, Firudin Səməndərov bununla da razılaşmır: “Islahat bir qədər dərindən başlamalıdır. Axı bu qara camaat elə həmişə döyüləndi də…  Rüşvətdən, korrupsiyadan söhbət gedirsə, bu ancaq yuxarıda oturan vəzifəli şəxslərlə bağlı məsələdir. Hər şeyi qara camaata bağlamaq düzgün deyil axı. Nə isə…”