Steynberqə ölkədə kriminal rejimin olduğu deyilib

Leyla Yunus ABŞ dövlət katibinin müavinləri ilə görüşü barədə danışıb

 

Bakıda səfərdə olan ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq və dövlət katibinin köməkçisi Filipp Qordon fevralın 24-də bir qrup vətəndaş cəmiyyəti fəalı ilə görüşüblər.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun “Turan”a verdiyi məlumata görə, görüş zamanı demokratik islahatlar, insan hüquqları sahəsində vəziyyət, gənclərin problemləri, vətəndaş cəmiyyətinin inkişafı, korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə olunub.
Steynberq xüsusilə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə maraqlanıb.
Öz növbəsində, Yunus ona yüksək vəzifəli məmurlar tərəfindən yol verilmiş konkret hüquq pozuntuları haqqında sənədləri təqdim edib. O, amerikalı diplomatlara Azərbaycanda «kriminal-korrupsioner rejim» qurulduğunu və ölkənin təkamül yolu ilə inkişafı üçün şərait olmadığını bildirib.