İngilis məhkəməsi “WikiLeaks” qurucusunun ekstradisiyası haqda qərar çıxardı
İngiltərənin Uoliç Cəza Məhkəməsi “WikiLeaks” saytının qurucusu Culian Assancın İsveçə ektradisiya olunması barədə qərar çıxarıb. Assancın vəkili Cefri Robertson və İsveç hökumətini təmsil edən vəkil Klari Montqomerynin çıxdığı məhkəməsinin qəarırını ittihamçı Houard Ridl açıqlayıb. Culian Assancın məhkəmənin qərarından yeddi gün ərzində şikayət etmək hüququ var.
Xatırladaq ki, İsveç “WikiLeaks” qurucusunu ötən il iki qadını zorlamaqda günahkar bilərək və onun bu ölkəyə ekstradisiyasını tələb edib. Assan isə bu ittihamlar razılaşmayaraq onun həbsinin siyasi sifariş olduğunu söyləyirdi. Culian Assanc tən il dekabrında həbs olunmuş və ev dustaqlığına məhkum edilmişdi.
İnformasiya şöbəsi