Ayağa qalx, Azərbaycan!

Ötən il üç dəfə Biləsuvardan Iran ərazisinə keçib, Naxçıvana getdim.
Iran ərazisindən Arazboyu o taya – əsirlikdəki torpaqlara baxmaq nə qədər ağır idi.
Bir vaxtlar vətəndən Cənuba həsrətlə baxardım.
Indi də Irandan Şimala – 20 il erməni işğalında qalan torpaqlarımıza həsrətlə baxıram.
Baxdıqca, MƏNLIYIN, QÜRURUN, KIŞILIYIN də düşmən tapdağında olduğunu duyuram.
Xudəfərini o gündə görəndə biz azərbaycanlıların hələ ki, MILLƏT yox, xalq olduğu qənaətinə gəldim.
Millət tarixi bir incinin düşmən əsarətində qalmasına razı olmaz.
Cəbrayıl rayonunun xaraba qalmış kəndlərinə baxmaq çox ağır idi.
Zəngilanın bayquş ulayan kəndlərinə baxa bilmirdim.
Bir qrup harının hakimiyyət hərisliyi vətəni ağır yaraladı.
Azərbaycan sərvətlərinin xüsusi hərisliklə istismarı, işğaldakı vətən torpağını yaddan çıxardı.
Neft həm millət, həm də vətən üzərində qələbə çaldı.
Neft MILLƏTI xalqa, topluma çevirdi, vətənin yarasına duz basdı.
Neft erkəkləri ürkək etdi.
Və mənəviyyatımıza sağalmaz zərbələr vurdu.
BIZIM YAŞAMAĞA HAQQIMIZ VARMI?
BIZIM ÖZÜMÜZƏ KIŞI DEMƏYƏ HAQQIMIZ VARMI?
Bu iki sual Iran ərazisindən düşmən tapdağında inildəyən VƏTƏN torpaqlarına həsrətlə baxanda beynimdən keçirdi.
Torpağı özündən əskik bir millətin işğalında qalan millətin yaşamağa haqqı yoxdur.
Bu durumda bizim kişilikdən danışmağa ümumiyyətlə, haqqımız çatmır.
Nə qədər ki, işğaldakı torpaqlar hərb yolu ilə geri alınmayıb, nə qədər ki, Xocalı faciəsinin intiqamı tarixə yazılmayıb, bəli, bizim kişilikdən söhbət açmağa mənəvi haqqımız çatmır.
Belə bir durumda iqtidarı göylərə qaldırmaq, iqtisadi qalxınmadan danışmaq, ordunun gücündən danışmaq, sadəcə, abdallıqdır.
Adama deməzlər ki, güclüsənsə, qüdrətlisənsə, nədən torpağını işğaldan xilas etmirsən?
Deyərlər.
Nədən ki, qanında az da olsa vətən təəssübü olan şəxs vətənin taleyinə biganə qala bilməz.
Vətən iyirmi ildir yaralıdır, IMDAD DILƏYIR KIŞILƏRDƏN.
Vətənin yaralarını sağaltmaq iqtidarında olanlar isə hələ ki, bu imdadın fərqində deyil.
O kişilər NEFT pullarının hesabına sərvət toplamağında, Bakıda səltənət qurmağında, xaricdə villalar almağında, FIRON həyatı yaşamağındadır.
Onlar vətənin itirilmiş hissəsini düşmən əlindən almaq üçün 17 ildir yalnız SÖZ danışır və bu sözlərin də beş qara qəpiklik nəticə vermədiyini özləri də etiraf edirlər…
Işğaldakı VƏTƏN torpaqları 20 ildir erməni tapdağında inildəyir, fəryad edir.
Bu inilti Iran ərazisindən Naxçıvana gedərkən, Arazboyu çox aydın eşidilir.
Bu fəryad adamın qulaqlarını deşir.
Qalx ayağa, Azərbaycan KIŞISI!
Və sənə məxsus, sənin olan torpağını geri al düşmən əlindəm.
Özü də SÖZLƏ-SAZLA yox, SILAH gücüylə.
Bunu SƏN etməlisən, Azərbaycan kişisi.
Sən etməlisən!
Sən etməlisən!
Sən etməlisən!
Ayağa qalx, Azərbaycan!
Yetər uzanmağın, dizi üstə dayanmağın.
Ayağa qalx və Torpağına – VƏTƏNINƏ, NAMUSUNA, QEYRƏTINƏ sahib çıx.
Azərbaycana sahib çıx.