Azərbaycanlı aktyor Hollivudun mükafatçısı oldu

Gənc azərbaycanlı aktyor Timur Oduşev “Sahə” bədii filmində ifa etdiyi rola görə “Hollywood Young Artists Award” mükafatının nominantı olub. “Nərimanfilm” studiyasından ANS PRESS-ə verilən məlumata görə, mükafatın təqdimetmə mərasimi bu il martın 13-də Los-Anceles şəhərində (ABŞ) keçiriləcək.

 

“Sahə” bədii filmi (“The Precinct”) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film “Narimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalıdır.

Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa edib. Ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüsseri Nəriman Məmmədovdur.