Pakistanın Ravalpindi şəhər Antiterror Məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəfin həbsi barədə order verib. Müşərrəf 2007-ci ildə sabiq baş nazir, müxalifət lideri Bənəzir Bhuttonun ölümündə ittiham olunur. Orderə görə, Pərviz Müşərrəf fevralın 19-dək məhkəmə qarşısına çıxarılmalıdır.
Məhkəmə qərarında Ravalpindi şəhərinin sabiq polis rəisi Saud Əzihin ifadəsinə əsaslanıb. Saud Əzih 2007-ci ilin dekabrında Bənəzir Bhuttoya sui-qəsddən əvvəl Pərviz Müşərrəfin əmiri ilə onun mühafizəçilərinin əvəzləndiyini söyləyib. Eyni zamanda hadisədən sonra Pərviz Müşərrəfin partlayış baş verən meydanın yuyulması barədə də əmr verdiyini bildirib. Bu da istintaq üçün dəlillərin toplanılmasını çətinləşdirib.
Qeyd edək ki, Müşərrəf hazırda Londonda yaşayır.
Pərviz Müşərrəfin həbsinə qərar verildi
•