Obama Misir xalqına dua etdi

“Misir xalqının arzularının gerçəkləşməsi üçün dua edirəm”

 

ABŞ prezidenti Barak Obama fevralın 3-də Milli Dua Günü münasibətilə təşkil olunan naharda Misirə və Misir xalqına dua edib.
“Misirdəki ağır olayların sona çatması və Misir xalqının arzularının gerçəkləşməsi, Mısır və bütün dünyanın üstünə daha gözəl bir gün doğması üçün dua edirəm”, – deyə ABŞ prezidenti bildirib.
Milli Dua Günü Vaşinqtonda hər il fevral ayının ilk cümə axşamı günü qeyd edilən bir tədbirdir. 1953-cü ildən bəri təşkil olunan və dünyanın 100 müxtəlif ölkəsindən gələn qonaqlarla birlikdə 3500 nəfərin qatıldığı tədbirin məqsədi siyasət, iş dünyası və ictimai sektor liderlərinin əlaqələrini inkişaf etdirməkdir.