“Qarabağ” Rəşad Sadıqovu qaytarır

 

Qurban Qurbanov: «Komandanın vitse-prezidenti Rəşadla bağlı məşqçi heyətinin və klub rəhbərliyinin qarşısında konkret tapşırıq qoyub»

 

“Qarabağ”in vitse-prezidenti Tahir Gözəl komandanın uğurlarında əsas pay sahibi olanlardan biri – hazırda Türkiyənin “Əskişəhərspor” klubunda çıxış edən Azərbaycan yığma komandasının oyunçusu Rəşad Sadıqovun “Qarabağ”a geri qaytarılması üçün göstəriş verib. Xəbəri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib.

 

Qurbanov bildirib ki, Tahir Gözəl Rəşadla bağlı məşqçi heyətinin və klub rəhbərliyinin qarşısında konkret tapşırıq qoyub: “Tahir bəy bildirdi ki, Rəşad həm yaxşı futbolçu, həm də keçmiş ”Qarabağ”lı kimi komandaya lazımdır”.

Qurban Qurbanov Rəşadın Türkiyənin “Əskişəhərspor” klubu ilə müqaviləsi olduğu üçün “Qarabağ”a transferində müəyyən çətinliklərin olacağını istisna etməyib.

Baş məşqçi Rəşadın transferinin qış fasiləsində gerçəkləşdirmək istədiklərini vurğulayıb: “Hələlik Rəşadla bu haqda söhbətimiz olmayıb. Yəqin ki, bugünkü (dünənki) oyundan sonra onunla bu haqda danışacağıq. Bundan sonra isə yəqin ki, klubumuzun direktoru Əmrah Çəlikəl ”Əskişəhərspor”un rəhbərliyilə müzakirələr aparacaq”.