Obama Səudiyyə kralından 14000 dollarlıq hədiyyə alıb

 

 

ABŞ Dövlət Departamenti 2009-cu il ərzində Barack Obama və xanımına, digər ABŞ rəsmilərinə verilmiş hədiyyələrin siyahısını açıqlayıb.

 

Obamalara verilən hədiyyələr arasında göyərçin uçurdan qız heykəlciyi var. Bürüncdən hazırlanmış bu hədiyyənin qiyməti 8 min dollardır. Hədiyyəni İsrail prezidentiShimon Peres edib.

Çin prezidenti Hu Jintao isə Obamalara dəyəri 1200 dolar olan farfordan hazırlanmış öküz heykəlciyi verib. Səudiyyə Ərəbistanın kralı Abdullah bin Abd al-Aziz isə gümüş və mirvaridən ibarət boyunbağı verib. Bu hədiyyənin qiyməti 14200 dollardır.

İtaliyanın Baş naziri Silvio Berlusconi isə içində ABŞ bayrağının şəkli olan şəffaf stol hədiyyə edib. Bunun qiyməti 6000 dolardır.

Dövlət başçıları hədiyyə verəndə, adətən ölkələrini xarakterizə edən hədiyyə seçirlər. Məsələn, İrlandiyanın Baş naziri Obamaya keçən il dovşan kələmi verib.

2009-cu ildə Obamalara verilmiş hədiyyələrin demək olar ki, hamısı ABŞ-ın xarici əlaqələr arxivinə verilib. Bir-iki yeməli hədiyyə isə məxfi xidmətə təhvil verilib.