Solçu qüvvələrlə polis arasında qanlı toqquşmalar olub (fotolar)
Albaniyanın paytaxtı Tiranada ara qarışıb. Solçu qüvvələr hökümət binasının qabağında hökümətin istefası tələbi ilə aksiya keçiriblər. Polis qüvvələri ilə aksiyaçılar arasında toqquşma olub.
Tiranada hərbi xəstəxananın rəsmilərindən Sami Koceku, yerli telekanallardan birində, hadisədə ölənlərdən ikisinin silahla ölüdürüldüyünü deyib. Koceku “İkisi də mülki şəxsdir. Çox güman ki, buraya gətirilməzdən qabaq ölüblər. Yaxın məsafədən, kiçik kalibrli silahla öldürülüblər”-deyib.
Qarşıdurmaların şiddətlənməsindən sonra prezident Bamir Topi ilə, ana müxalifət partiyası Sosialist Partiyasını sədri Edi Rama insanları sakinləşməyə çağırıb.
Buna baxmayaraq hökümət binasının qabağına toplaşan etiraçılardan bir qrup polisə daş, ayaqqabı, molotov kokteyli atıb. Hadisələrdə yaralanan polislər xəstəxanaya yerləşdirilib.
Polis tərəfindən dağıdılan aksiya iştirakçılarının əksəriyyəti hökümət binasının qabağından uzaqlaşıb. Bir qrup isə binanın qabağında aksiyanı davam edir.
Müxalifətin etirazına nə səbəb olub?
Alabniyada 2009-cu ilin iyununda keçirilmiş parlament seçkisinin nəticələrini müxalifət qəbul etmir, yeni seçki tələb edirdi. Rəsmi nəticələrə görə həmin seçkidə Berişanın Demokrat Partiyası cüzi üstünlüklə qalib gəlmişdi.
Son hadisələr isə korrupsiya ittihamları ilə bağlıdır. Albaniyanın Baş naziri Salir Berişanın köməkçisi korrupsiya ittihamlarından sonra istefaya gedib. Buna görə də Albaniyada Sosialist Partiyasının avanqard olduğu müxalifət erkən seçkilərin keçirilməsini tələb etmişdi. Lakin hökümət istefaya getmədiyinə görə müxalifətçilər aksiyalara başlayıb.
“Bu provakasiyadır”
Müxalifətdəki sol partiyaların keçirdiyi və 3 nəfərin öldüyü aksiyalardan sonra prezident “ölkəmizin yeni yaralara ehtiyac yoxdur” deyib: “Hadisələri izləyirəm. Etiraçıları sakitləşməyə çağırıram. Xalq təhlükəsizlik qüvvələrinə kömək etməlidir. Siyasi tərəflər öz aralarında dialoq qurmalıdırlar”.
Sosialist partiyasının sədri Edi Rama mətbuat konfransı keçirdərək “Aksiyaçılar provakasiyaya çəkilib”- deyib. Onun fikrincə provakasiyalar müxalifətin etirazını pozub: “Aksiya iştirakçılarını sakitləşməyə çağırıram. Bugün yaradılan vəziyyətin məsuliyyətini hökümət daşıyır. Albaniyanı dərin böhrandan çıxarmaq üçün mütləq yollar tapılmalıdır. Baş Nazir Sali Berişanın idarə etdiyi hökümət tamamilə uğursuzdur”.
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın Xarici İşlər naziri bəyanat yayaraq Albaniyada bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb. Sənəddə qeyd edilir ki, Albaniyanın indi üzləşdiyi problemlər yalnız əməkdaşlıq və dialoq yolu ilə həll edilə bilər.
Nazir əlavə edir ki, ATƏT-in Albaniyadakı ofisi hökumətin, vətəndaş cəmiyyəti institutlarının demokratiya və insan haqlarının gücləndirilməsi istiqamətində addımlarını müdafiə etmək üçün onlarla birgə işini davam etdirəcək.
ABŞ səfirliyi də, insanları sakitləşməyə və zorakı üsullardan istifadə etməməyə çağırıb.
Qeyd edək ki, bu il mayın 8-də də Albaniyada bələdiyyə seçkiləri keçiriləcək.
Elmin