“Da Vinçi şifrəsi” azərbaycanca

“Da Vinçi şifrəsi” azərbaycanca

“Qanun” nəşriyyatında “Ən yeni tərcümə” seriyasından Den Braunun “Dan Vinçi şifrəsi” əsəri çapdan çıxıb. Den Braunun əsərləri  son illər dünya üzrə ən çox oxunan əsərlərdəndir. Bu Den Braunun azərbaycan dilinə tərcümə olunmuş ilk əsəridir.

Leonardo da Vinçinin işlərində gizli şifrələr var…

Yalnız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını tapmağa kömək edər…

Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük sirrin açarı bəlkə də tapıldı… Müəllif “Da Vinçi şifrəsi” romanı üzərində işləyərkən, apardığı tədqiqatların bütün nəticələrini baş qəhrəmanı, din tarixi və ikonoqrafıya üzrə Harvard universitetinin professoru Robert Lenqdonun vasitəsilə oxucularına çatdırır.

Roman Luvr muzeyində qoca mühafizəçinin qətlini Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı Leonardo da Vinçinin işlərində gizlənən şifrəli yazı tapılır…

Və yenə də Blayza həsr olunur… Həmişəkindən daha çox.

Kitabı Akademiya, “Əli və Nino”, Pero, Etyud, Kitab klubu, Qrafika dükanlardan əldə edə bilərsiz. Qiyməti: 8.50 AZN-dir.