Azərbaycan yenə “azad olmayanlar” sırasında

“Freedom House” dünyada azadlıqların vəziyyətinə dair növbəti hesabataını yaydı

 

“Freedom House” təşkilatı “Dünyada Azadlıq 2011” adlı hesabatını açıqlayıb. Hesabatda təşkilat dünyada siyasi haqlar və mülki azadlıqların illik dəyərləndirməsini aparıb.
Hesabata görə, 2010-cu ildə Qırğızıstanda hökumət dağılandan sonra baş tutmuş seçkilər nisbətən azad və ədalətli keçib. Bu səbəbdən ölkənin “Qeyri-azad” statusu “Qismən azad”a çevrilib. Gürcüstan və Moldovanın mövqeyində də irəliləmə var.
“Freedom House”un hesabatında Azərbaycan “Qeyri-azad” ölkə kimi göstərilib. Onunla bir sırada Əfqanıstan, Belarus, İran, İraq, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan durur.
Ermənistan, Bosniya-Herseqovina, Gürcüstan, Kosovo, Qırğızıstan, Makedoniya, Moldova, Pakistan, Ukrayna “Qismən azad” ölkələr sırasındadır.
“Freedom House”un mübahisəli hesab etdiyi ərazilərdən Abxaziya, Dağlıq Qarabağ, Pakistan Kəşmiri, Cənubi Osetiya “Qeyri-azad”, Dnestryanı isə “Qismən azad” göstərilib.