Arzu Abdullayeva: «Məhkəmələrdə ədalət yoxdur, qanunlar əvəzinə tapşırıqlar, rüşvət fəaliyyət göstərir»
“Indiki hakimiyyət Avropa Şurası, demokratik institutları, o cümlədən Avropa Insan Hüquqları Məhkəməsi ilə münaqişəni dərinləşdirmək üçün hər şeyi edir”, – Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva “Obyektiv TV”yə müsahibəsində deyib.
Bu gün Azərbaycanın imici ortaya qoyulub. Çünki aydın deyil, o, gələcəkdə avropalıların kulturoloji, siyasi, hüquqi və sosioloji koduna uyğun olmaq istəyəcək ya yox.
“Mahiyyətcə, bizim ölkəyə unikal şans verilib- həmin yolu daha qısa müddətə keçmək. Lakin indiki hakimiyyət AŞ ali instansiyalarının qərarlarını qəsdən sabotaj edir”, – Abdullayeva vurğulayıb. Buna misal olaraq o, Avropa məhkəməsinin Eynulla Fətullayevin işi üzrə qərarının yerinə yetirilməməsini göstərib.
Blogerlər Emin Millinin və Adnan Hacızadənin şərti azadlığa buraxılmasına gəlincə, əslində bu uşaqların heç bir günahı olmayıb. Lakin onların işi ölkədə siyasi durumun pisləşməsinin dərəcəsindən xəbər verir.
2010-cu ildə vətəndaşların əsas hüquq və azadlıqlarının- sərbəst hərəkət etmək, söz və informasiya azadlığı, toplantıların keçirilməsi və s. pozulması ilə yadda qaldı. Məhkəmələrdə ədalət yoxdur, qanunların əvəzinə telefonlarla tapşırıqlar, rüşvət fəaliyyət göstərir. Həbsxanalarda 23 siyasi dustaq saxlanılır. Kənarda hətta hakimiyyət qurumları da onların mövcudluğunu etiraf edirlər. Iki ombudsman postunun Elmira Süleymanovaya verilməsi barədə parlamentin qərarı isə mənasızdır, bu, Avropa Şurasının yaz sessiyasında müzakirələr üçün əsas olacaq, – Abdullayeva vurğulayıb.