“Liverpul” baş məşqçisini qovdu

Komandanın keçmiş baş məşqçisi yenidən bu posta gətirildi

 

“Liverpul” Roy Hocsonla yollarını rəsmən ayırdı. Ingiltərə klubunun artıq yeni məşqçisinin kimliyi məlumdur. “Liverpul”un rəsmi saytının yaydığı məlumata görə, növbəti dövrədən komandanı şotlandiyalı mütəxəssis Kenni Dalqliş çalışdıracaq.
“Liverpul”un sahibi məşqçi dəyişikliyilə bağlı açıqlama verib: “Altı ay müddətində klubumuza göstərdiyi xidmətlərə görə Roy Hocsona təşəkkür edirik. Ayrılıq qərarı həm onun, həm də bizim üçün düzgün qərardı. Kenni Dalqliş isə həm futbolçu olduğu dövrdə, həm də baş məşqçi kimi ”Liverpul”da möhtəşəm işlər görüb. Təklifimizi qəbul etdiyi üçün ona minnətdarıq”.
Bu gün “Mançester Yunayted”lə qarşılaşmaya “Liverpul” Dalqlişin rəhbərliyi altında çıxacaq. 59 yaşlı mütəxəssis 1985-1991-ci illərdə “Liverpul”un baş məşqçisi olub.