Joze Mourinyo siyahıda birincidir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ilin ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Madrid “Real”ının portuqaliyalı baş məşqçisi Joze Mourinyo siyahıda ilk pilləni tutub. Portuqaliyalı mütəxəssis ötən il “Inter” klubu ilə A Seriyasının, Italiya Kubokunun, Çempionlar Liqasının qalibi olub.
Siyahını təqdim edirik:
1. Joze Mourinyo (“Inter”, “Real”) – 294 xal
2. Pep Qvardiola (“Barselona”) – 188 xal
3. Lui van Qall (“Bavariya”) – 75 xal
4. Kike Sançes Flores (“Atletiko”) – 46 xal
5. Karlo Ancelotti (“Çelsi”) – 41 xal
6. Ser Aleks Ferqyuson (“Mançester Yunayted”) – 38 xal
7. Arsen Venger (“Arsenal”) – 33 xal
8. Selso Rot (“Internasional”) – 24
9. Roy Hocson (“Fulhem”) – 20 xal
10. Lamin N Diay (“Mazembe” Konqo) – 11 xal