İspan polisi Barselona hücumundan sonra Cambrils şəhərində nəqliyyat vasitəsindən istifadə edərək həyata keçirilməsinə cəhd edilən hücumun qarşısını almaq üçün terrorçuluqda şübhəli sayılan beş nəfəri öldürdüyünü bildirib.
Polisin bildirdiyinə görə, partlayıcı kəmər taxmış kişilərin birinci hücumla əlaqəsi olub.
Cümə axşamı günü Barselonanın Las Ramblas turist ərazisində avtomobil furqonun insan kütləsinin üstünə sürətlə sürülməsi nəticədə 13 nəfər həlak olub və onlarla adam yaralanıb.
Avtomobilin sürücüsü hadisə yerindən qaça bilib və hələlik tutulmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.
İspaniya Baş naziri Mariano Rajoy baş vermis hadisəni “cihadçı hücumu” adlandırıb.
Terror hadisəsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.