Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari səhhəti barədə danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki. Hazırda özünün yaxşı hiss edir: “Mənim öd kisəmdə problemlər var idi. İlk öncə Azərbaycanda əməliyyat olundum. O əməliyyat çox uğursuz oldu. Ona görə də dərhal İsrailə getdim. Daha sonra Bakıya qayıtdım, amma bu da son olmadı. Əməliyyat olunmağım üçün Türkiyəyə getdim və orada mənə kömək etdilər. İndi yavaş-yavaş özümü yaxşı hiss edirəm”.