Bu ilin iyununda ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.
İşlədiyiniz bankı və ya şirkəti təqib edin Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən, iyul ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 13 mlrd. 462,1 mln. manat təşkil edib. Bu da may ayı ilə müqayisədə 916,5 mln. manat və ya 6,37% azalma deməkdir.
Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 2 mlrd. 476,2 mln. manat və ya 15,54% azalıb.
Azadliq.info