Çin hakimiyyəti uyğur türklərini məktəbdə ana dilində danışmağı və bu dildə tədrisi qadağan edib.
Bu barədə “The İndependent” məlumat yayıb.
Yeni qadağa Çin ərazisindəki bütün müsəlmanlara, uyğurlara tətbiq edilir.
Məlumata görə, Xotan əyaləti məktəb proqramlarında dərslərin uyğur dilində tədrisinin yasaqlanmasına uyğun qaydalar hazırlayıb.
Qeyd edək ki, uzun illərdir Çin hakimiyyəti uyğurlara qarşı assimilyasiya siyasəti yürüdür, onların milli-mədəni haqqını tapdalayır. Rəsmi Pekin uyğurların Sincan-Uyğur Muxtar Rayonunda etnik tərkibi süni surətdə dəyişməyə çalışır, ora xaanları müxtəlif bəhanələrlə köçürür.
Ekspertlər Çin hakimiyyətinin bu qadağasını təxribatçı və ekstremizmə təhrikedici addım adlandırıb.