Prezident İlham Əliyev avqustun 3-də Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşündə əhalinin işsiz qalmış hissəsini işləmək istəməməkdə günahlandırıb.
Müəssisəni işçisi Xəzangül Zeynalova “Daimi işləyirik. Cənab Prezident, Siz ölkəmizdə, rayonlarımızda, kəndlərimizdə yeni iş yerləri açmısınız. Kəndimizdə tütün emalı zavodu, fındıq zavodu, bu gül bağları, gül yağı müəssisəsi buna nümunədir. İşləmək istəyənlər üçün kəndimizdə iş yerləri var. İşləmək istəməyənlər, boş-boş gəzənlər üçün iş yeri yoxdur” deyib.
Azərbaycan Prezidenti də onun sözlərinə qüvvət verərk, “İşləmək istəyən özünə iş tapar” deyə bildirib.
Azadliq.info