Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
İlk oyun gününün yeganə qarşılaşmasında Azərbaycan çempionu “Qarabağ” Moldovanın “Şerif” klubunun qonağı olub.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası pley-off mərhələsinə yüksəlib.
Bununla da, Ağdam təmsilçisi Azərbaycan futbolunda yeni tarix yazıb. Çünki indiyədək heç bir klubumuz ÇL-in pley-off mərhələsinə yüksələ bilməyib.
Qeyd edək ki, “Qarabağ” “pley-off”a adlamaqla ən azından Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin edib.
“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) – 1:2
Qol: Dino Ndlovu, 45+3 (0:1), Miçel, 87 (0:2), Badibanqa, 90+4 (1:2)
İlk oyun – 0:0