Bu gün Nəsimi rayon məhkəməsində Gözəl Bayramlı ilə bağlı proses keçirilib.
Bu dəfəki məhkəmə Gözəl Bayramlının 25 may 2017-ci il tarixdə Sınıq Körpü Gömrük keçid məntəqəsində saat 20:40 dəqiqədən həmin günün səhərisi 23:30 dəqiqəyə kimi qanunsuz saxlanılması barədə olub.
Vəkil Zibeydə Sadıqovanın verdiyi şikayət Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənova tərəfindən təmin edilməyib.
Məhkəmə prosesindən sonra vəkil mediaya açıqlama verib. Zibeydə Sadıqova bildirib ki, tutulma zamanı Gözəl Bayramlıya qarşı qeyri insani rəftar olunması ilə bağlı vəsatətlər də verilib. Gözəl Bayramlı məhkəmə də çıxış edərək həbs olunduğu zamankı bütün detalları məhkəmənin nəzərinə çatdırıb. Vəkil Gözəl bayramlının səhhətində ciddi problemlərin olduğunu da qeyd edib. Artıq Gözəl xanım sərbəst hərəkət edə bilmir. “Onun əl ağacı ilə təmin olunması barədə həm müstəntiqə, həm də təcridxana rəhbərliyinə müraciət etmişik”,-deyə vəkil bildirib.
Azadliq.info