İyulun 25-d Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun 7 il şərti, dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədr müavini İnqilab Əhədovun isə 5 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Vəkil Yalçın İmanov apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Vəkil deyib ki, bir sıra məsələlər mütləq araşdırılmalıdır. Amma məhkəmə vəsatəti təmin etməyib.
İ.Əhədovun apellyasiya şikayəti təmin olunmayıb. Hökm dəyişdirilməyib. Hökmə əsasən, N.Kərimov 7 il şərti cəza alıb. Digər şəxs isə 5 il müddətinə azadlıqdan məhrum edilib.