Çində bu ilin ilk beş ayında doğulan körpələrin yarıdan çoxu ailəsinin ikinci uşağı olub.
Komissiya başçısının köməkçisi Wang Peian verdiyi açıqlamada bunu ötən illlə müqayisədə 8.5 faiz nisbətində bir artım olduğunu qeyd edib.
Wang doğan qadınların sayındakı azalmaya baxmayaraq, ikinci uşaqların doğulması faizində artımın olmasının müsbət bir irəliləyiş olduğunu vurğulayıb.
Lakin təlimatlandırıcı xərclərin yüksək olması səbəbiylə hələ də bir çox ailənin ikinci uşağı dünyaya gətirməkdən ehtiyat etdikləri bildirilir.
Komissiyanın açıqlamasında doğan qadınların əhəmiyyətli bir hissəsinin yaşının 35-dən yuxarı olduğu da qeyd olunur. Bu il hamilə qadınlar arasında ən yaşlısının 56 yaşında olduğu açıqlanıb.
Çində doğuş faizini və əhali artımının qarşısını almaq məqsədilə 1979-cu ildən bu yana tətbiq edilən tək uşaq siyasətinin indiyə qədər 400 milyon körpənin doğulmasına mane olduğu təxmin edilir.
Qadağaya riayət etməyən ailələr pul cəzası, işdən qovulma və məcburi aborta qədər müxtəlif cəzalara məhkum edilirdilər.
Çin hökumətinin tək uşaq siyasətini ləğv etməsi qərarında əhalinin yaşlanmasının təsiri olduğu bildirilir.
Ölkədə ötən il 18,46 milyon körpə dünayaya gəlib. Bu, 2000-ci ildən bu yana ölkədəki ən yüksək doğum faizidir.