CNN telekanalı Rusiyanın Əfqanistandakı Taliban terror təşkilatına silah göndərməsinə dair yeni sübutların əldə edildiyini açıqlayıb.
Söhbət bir bir ilə bağlı olmayan iki talib qruplaşmasının açıqlamalarından gedir.
Bunlar Əfqanistanın şimalında, Gerat şəhəri yaxınlığında, digəri isə qərbdə, Kabil yaxınlığında yerləşiblər.
Şimal qruplaşmasının yaraqlıları jurnalistlərə müsahibəsində bildiriblər ki, digər qruplaşma üzərində qələbədən sonra onlarda Rusiyanın İran vasitəsilə İŞİD-lə mübarizə üçün göndəriyi silahları aşkarlayıblar.
Digər qruplaşma üzvləri isə bildiriblər ki, Rusiya silahını Tacikistanla sərhəddə (Əfqanistanın şimalındakı Kunduz vilayətindən) alıblar, bu silahlara görə isəheç bir pul ödəməyiblər. Yaraqlıların sözlərinə görə, bu yaxınlarda onlara verilən silahlar Rusiyada istehsal edilib və çox yaxşıdı.
Terrorçular jurnalistlərə snayper tufəngləri, Kalaşnikov avtomatları və ağır pulyemotları nümayiş etdiriblər.
Rusiya XİN-də məsələni şərh etməkdən imtina ediblər.
Fizzə