Bakı Fond Birjasında (BFB) “Holcim (Azerbaijan)” ASC-nin (Qaradağ Sement Zavodu) səhm paketinin alqı-satqısı üzrə növbəti əqd bağlanılıb.
Əqd müəssisənin 186 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur.
Qiymətli kağızlar nominal dəyərinin 50% baha – 30 manatdan alınıb-satılıb.
Bununla belə, səhmlərin dəyəri ötən il qeydə alınmış qiymətlərlə müqayisədə xeyli aşağıdır. Məsələn, 2016-cı il sentyabrın 1-də bağlanmış əqd zamanı investorlar “Holcim (Azerbaijan)”ın 1 səhminə 66,75 manat ödəmişdi. Başqa sözlə, son 10 ay ərzində müəssisə bazar dəyərini 2 dəfədən çox itirib. Buna səbəb isə Qaradağ Sement Zavodunun zərərlə işləməsidir. Sement istehsalçısı 2015-ci ildən 99 mln. manatlıq, 2016-cı ildən isə 27 mln. manatlıq xalis zərərlə çıxıb.