Prokurorluqdan çıxdıqdan sonra, Leyla Mustafayeva görüş barədə fikirlərini açıqlayıb:
“İki aylıq dava-qırğından sonra Əfqanın işinin araşdırılmasını prokurorluq öz üzərinə götürdü. Öncə istintaq departamentinin rəhbəri Nakchebia ilə görüşdük. Detallı danışdıq. Dedim ki, Əfqanın oğurlanmasında şübhəli bilinən dövlət məmurları məsuliyyətə cəlb olunmalıdı. Sərhəd Xidməti Polisindən tutmuş Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə qədər.
Bir az da qabaga gedib dedim ki, Azərbaycan tərəf bir aydan çoxdur Gürcüstan Prokurorluğunun Əfqandan ifadə almsı ilə bağlı müraciətə cavab verməyib. Belə olan halda hər iki ölkənin prokurorluq orqanalrı arasındakı əməkdaşlığın davam etdirilməsinə dair müqaviləsi sual altına düşür və bu məsələ ilə bağlı Azərbaycan tərəfə əməkdaşlığın dayandırılması ilə bağlı xəbərdarlıq etməlidirlər”.
***
Әfqan Muxtarlının hәyat yoldaşı Leyla Mustafayeva vә vәkillәri bu gün Prokurorluğa dәvәt olunublar. Hazırda görüş davam edir. Bu görüş Әfqan Muxtarlı işini Daxili İşlәr Nazirliyindәn Prokurorluğa tәhvil verәn ilk görüşdür.
“Prokurorluğa cavab vermәli olduğu bir çox sual var. Әfqanın necә qaçırıldığının cavabını fözlәyirik. Polis bu sualları iki aydır cavablandırmır. Bu müddәtdә Prokurorluğun araşdırmasına güvәnib güvәnmәdiyimi deyә bilmәrәm. Әn qısa müddәtdә işin ya araşdırılmasını görәcәyik, ya da polislәr kimi heç bir şey etmәyәcәklәrinin şahidi olacağıq. Belә olduğu halda isә Gürcü Arzusunun siyasi iradәsi ilә qrşı-qarşıya olduğumuzu görәcәyik”- deyә Leyla Mustafayeva bildirib.
Azadliq.info