Böyük Britaniyanın 2019-cu ildə Avropa Birliyindən çıxması (Breksit) SOCAR-ın proqnozlarının əksinə 2020-ci ildə Azərbaycan qazının Avropa Birliyinə nəqlini poza bilər.
Belə bir nəticə “Boston Consalting Group”, “Global Counsel” və “Herbert Smith Freehills” şirkətlərinin “Güclü valyutalar: post-Breksit enerji bazarlarının naviqasiyası” adlı xüsusi hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, Breksit baş tutduğu təqdirdə Böyük Britaniyanın Avropa Birliyi enerji bazarından çəkilməsi demək olar qətidir. Bu da öz növbəsində, Britaniyanın digər 27 AB ölkəsi, Britaniya və Avropa şirkətləri ilə münasibətlərində bir çox hüquqi, texniki və bazar problemlərinə yol açır. Breksitdən sonra AB-nin daxili enerji bazarında qalan ölkələr üçün status-kvonun saxlanılması çətin olacaq.
Xatırladaq ki, Britaniya şirkətləri “Cənub qaz dəhlizi” boru kəməri şəbəkəsinin tikintisində və resurs bazasının təminatında açar rol oynayırlar.
Azadliq.info