Rusiya Ədliyyə Nazirliyi bloqer Aleksandr Lapşinin müraciəti əsasında onun Rusiyaya verilməsi proseduru ilə məşğul olmağa hazır olduğunu bəyan edib. Bu barədə Rusiya Ədliyyə Nazirliyinin mətbuat katibliyi məlumat yayıb.
Rusiya Ədliyyə Nazirliyi qeyd edir ki, Konvensiyaya əsasən, məhkum edilənin özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili istər Rusiya, istərsə də Azərbaycanın Ədliyyə Nazirliyinə müvafiq müraciət edə bilər. Məhkumun digər ölkəyə verilməsi üçün onun şəxsi razılığı və hökmün qüvvəyə minməsi əsas şərtlər arasındadır.