Rusiya prezidenti Vladimir Putin hüquq müdafiəçisi və Moskva Helsinki Qrupunun rəhbəri Ludmila Alekseyevanı 90 illik yubileyi münasibətilə təbrik edib. Putin hüquq müdafiəçisinin evinə qonaq gedib.
Alekseyeva bildirib ki, 50 il əvvəl hüquq müdafiəçisi fəaliyyətinə başlayanda neçə il həbsdə yatacağını düşünüb. Lakin prezidentin onu təbrikə gələcəyi heç ağlına da gəlməyib. Putin isə cavabında “çox şey dəyişib” deyib.
Görüşdən əvvəl ölkə başçısı hüququ müdafiəçisinə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Ürəyinizin səsi ilə ilə siz həyatınızı cəmiyyətə, insan hüquq və azadlıqlarının qorunmasına həsr etmisiniz”.
Ludmila Alekseyeva həyatını böyük hissəsini hüquq müdafiəçiliyinə həsr edib və nəticədə Rusiya vətəndaş cəmiyyətinin simvoluna çevrilib.
azadliq.info