2016-cı ilin sonuna “Holcim (Azerbaijan)” ASC-nin aktivlərinin həcmi 342,561 mln. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 5,62% azdır.
Şirkətin açıqladığı audit hesabatına istinadən, aktivlərin mütləq əksəriyyəti – 311,076 mln. manatı uzunmüddətlidir ki, bunun da 286,976 mln. manatı əmlak, qurğu və avadanlıqların payına düşür. Aktivlərin 31,484 mln. manatı isə qısamüddətlidir.
Şirkətin öhdəlikləri 3,08% artaraq 221 mln. 391,715 min manat təşkil edib. Öhdəliklərin 180 mln. 203,548 min manatı uzunmüddətli, 41 mln. 188,167 min manatı isə qısamüddətlidir. Şirkət əlaqəli tərəflərə 201 mln. 279,488 min manat məbləğində kredit ödəməlidir. Bununla yanaşı, ASC-nin öhdəliyində 9 mln. 608,611 min manat məbləğində ticarət kreditor borcları var.
Azadliq.info