Almaniyalı jurnalist və hüquq müdafiəçilərinin həbsi ilə əlaqədar Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ölkəsinin Türkiyəyə münasibətdə xarici siyasət kursunun dəyişdiyini elan edib.
Bu qərar kansler Angela Merkel və Sosial-demokrat partiyasının rəhbəri Martin Şultsla razılaşdırılandan sonra verilib.
Nazirin sözlərinə görə, Almaniyanın Türkiyəyə investisiya kreditləri və iqtisadi yardım təqdim etdiyi şərtlərə yenidən baxılacaq. Nazir bildirib ki, bundan əlavə, Türkiyənin Avropa Birliyinə üzvlüyünə hazırlıq çərçivəsində qurumun yardım verilməsinə də yenidən baxmaq lazımdır.
Almaniya XİN-i həmçinin Türkiyəyə getmək istəyən Almaniya vətəndaşları üçün tövsiyyərini sərtləşdirəcək.
Fizzə