Küveyt hökuməti hərbi attaşe və mədəniyyət üzrə attaşe aparatını bağlayaraq 15 iranlı diplomata ölkəni tərk etmək üçün vaxt verib.
Biz Küveytin hüquqlarının müdafiəsi üçün İranın ölkədəki diplomatik nümayəndələrinə qarşı diplomatik tədbirlər gördük”, – ölkənin informasiya naziri telekanala bildirib.
Bu gün ölkə hakimiyyəti İran səfirliyinə hərbi attaşe və mədəniyyət üzrə attaşe aparatının bağlanması barədə nota göndərib. Küveyt hökuməti 15 iranlı diplomata 45 gün ərzində ölkəni tərk etmək üçün vaxt verib. Beləliklə, ölkədə cəmi 4 iranlı diplomatın qaldığı bildirilir.