Bakı Fond Birjası” QSC-nin (BFB) cəmi aktivləri bu il yanvarın 1-nə 3,21 mln. manat təşkil edib.
Birjanın maliyyə hesabatına istinadən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,5% azdır.
BFB-nin aktivlərinin 79,4%-ni və yaxud kredit təşkilatlarından alınacaq məbləğlər təşkil edib. 2016-cı ildə bu rəqəm 1,2% azalıb.
Ötən il Birjanın cəmi öhdəlikləri 46% azalaraq 40 min manata, cəmi kapitalı isə 3,6% azalaraq 3,287 mln. manata düşüb.
2016-cı ildə BFB-nin gəlirləri 1,104 mln. manat (2015-ci ilə nisbətən 18,6% az), xərcləri isə 1,221 mln. manat (5,7% az) təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki zərəri 117 min manat olub.
Ötən il BFB cəmi 480 manat (əvvəlki ilə nisbətən 53,4 dəfə az) mənfəət vergisi ödəyib və ili 116 min manat xalis zərərlə başa vurub. Qeyd edək ki, Birja 2015-ci ildən 36 min manat xalis mənfəətlə çıxmışdı. Başqa sözlə, maliyyə qurumu mənfəətdən zərərə keçib.