“ABŞ və Rusiya prezidentlərinin Hamburqda gizli görüşməsi barədə yazılanlar antiRusiya isteriyasının davamıdır”.
Bunu Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.
Onun sözlərinə görə, Donald Tramp və Vladimir Putin Hamburqdakı şam yeməyi zamanı çox qısa müddətə bir araya gəliblər. Və bu barədə ayrıca məlumat vermək yersiz olardı.
“Bu, kansler Angela Merkelin təşkil etdiyi rəsmi şam yeməyi idi. Orada 40-dan çox adam vardı. Donald Trampla Vladimir Putin yemək zamanı çox qısa söhbət etdilər. ABŞ prezidenti bir çox dünya lideri ilə söhbət etdi. Eyni yerdə olub bir-birləri ilə danışmaya bilməzdilər”, – deyə Sanders əlavə edib.
Qeyd edək ki, mətbuat Trampla Putinin Hamburqda ikinci dəfə görüşdüyünü və bu görüşün gizli saxlanıldığını yazıb.
Gültəkin