Bakıda avtomobil ata, ana və 3 yaşlı uşağı vurub. Hadisə Yasamal rayonu Füzuli küçəsində baş verib. naməlum avtomobil 1986-ci il təvəllüdlü Məmmədov Nicat Novruz oğlunu, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızını və 3 yaşlı oğlu Hüseyni vurub. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisəni törədən şəxs 90 RR 445 dövlət qeydiyyat nişanlı “Honda CR-V” markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina olub. O, 1976-cı ildə SSRİ yığmasının heyətində Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub. (sportnet.az)