Fransa ordusunun baş qərərgah rəisi Pyer de Vilye istefaya gedib. Səbəb Fransa prezidentinin müdafiə büdcəsinin azaltmaq siyasəti ilə razılaşmamasıdır. Prezident Makron generalın istefasını qəbul edib.
Qərarını şərh edən Pyer de Vilye bildirib ki, hazırkı şəraitdə ordunun Fransanın və onun vətəndaşlarının müdafiəsi üçün zəruri olan vəziyyətinə zəmanət verə bilməz.
General maliyyənin azaldılması ilə bağlı şübhələrini açıq deməyə üstünlük verdiyini qeyd edib.
Müdafiə büdcəsinin 850 milyon avro azaldılması Pyer de Vilye ilə Makron arasında narazılığa səbəb olub
Fransa hökuməti büdcə kəsirini azaltmaq üçün bu ilə xərcləri 4,5 milyard avro azaltmaq niyyətindədir.
Fizzə