İyulun 10-də Səbail rayon məhkməsinin qərarı ilə 10 sutka həbs cəzasına məhkum edilmiş AXCP üzvü Füzuli Hüseynov bugün səhər saatlarında azadlığa çıxıb.
Xatırladaq ki, Füzuli Hüseynov siyasi məhbsulara azadlıq tələbiylə təkbaşına bir neçə dəfə aksiya keçirmişdi. Həbsindən əvvəl də saxlanılmışdı və Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimələnmişdi. Onu da qeyd edək ki, 10 sutkalıq həbsi müddətində Füzuli Hüseynov aclıq aksiyası keçirib.
azadliq.info