Bir neçə gündür Kapital Bankın Nərimanov rayonu ərazisində yeni açılmış filalının qarşısında uzun növbələr yaranır. Bu Daxili İşlər Nazirliyi , Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi və digər güç struktur nazilikləri sistemində işləyərək təqaüdə çıxanların pensiya kartının dəyişdirilməsi ilə bağlıdır.
Vətəndaşlar gecə saat 3-dən növbəyə yazılırlar. Siyahıda 1000-ə yaxın adam yazılsa da, gün ərzində heç yüz adam yola salınmır.
Kapital Bankın rəhbərliyi Mərkəzləşdirilmiş Kart Filialı yaratmaqla məsələnin həllini düşünüb.Pensiyaçılar əvvəllər olduğu kimi bunun hər kəsin yaşadığı ərazi üzrə həyata keçirilməsini istəyirlər.
Qanunvericiliyə görə hər bir işçinin və təqaüdçünün əmək haqqı və pensiyasının hansı bank vasitəsi ilə ödənilməsini özü seçmək hüququ var. Lakin Azəzrbaycanda bu məsələ bir neçə banka həvalə olunub, ona görə də belə növbələr yaranır.
azadliq.info