Türkiyə dövləti və şirkətləri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, Trans-Anadolu qaz boru kəməri (TANAP), “Şahdəniz” layihələrinin icrasından 8 mlrd. ABŞ dollarından çox gəlir əldə edib.
Bunu BP şirkətinin qlobal emal və marketinq üzrə icraçı direktoru Tufan Erginbilgiç bildirib.
Onun sözlərinə görə, bu layihələrdən Türkiyə daha 15 mlrd. dollar qazanacaq: “Dünya neft hasilatının 1%-i BTC ilə, 2,5%-i Türkiyə boğazları ilə daşınır. Türkiyə bizim üçün önəmlidir. Təkcə TANAP layihəsi Türkiyəyə inamımızı göstərir. Bu layihədə BP şirkəti 12% paya malikdir”.