Yerli mətbuatın yazdığına görə, Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülüb. Marja.az saytının məlumatında belə deyilir.
Naxçıvanın Daxili İşlər Nazirliyi başçısının vəzifələrini hazırda Əhməd Əhmədovun müavini icra edir. Məlumatda o da bildirilir ki, muxtar respublikanın polisində yoxlamalar aparılır.
Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edirdi.